Prezident İlham Əliyev İlham İsmayılovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin".