Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
NUHÇIXAN xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə hərtərəfli inkişaf yolunda inamla irəliləyir və beynəlxalq məsələlərdə öz nüfuzunu möhkəmləndirir.
Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında möhkəm və qədim əlaqələr daim inkişaf edəcək, xalqlarımıza və ölkələrimizə fayda gətirəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm".