Türkmən xalqının Milli Lideri, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
NUHÇIXAN xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Türkmənistan ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və inkişafına verdiyiniz böyük töhfəyə, göstərdiyiniz xüsusi diqqətə görə Sizə təşəkkürümü bildirirəm.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar diləyirəm".