“Azərbaycan Respublikası hökuməti ilə Mərakeş krallığı hökuməti arasında logistika sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi”i təsdiq edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Çərçivə Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyi Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərəcək.

Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ətraf mühit və dayanaqlı inkişaf sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu təsdiq edib.
Fərmana əsasən, 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ətraf mühit və dayanaqlı inkişaf sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərəcək.