Prezident ARDNF-in gələnilki büdcəsini təsdiq edib

A- A A+

Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2024-cü il büdcəsini təsdiq edib.

NUHÇIXAN xəbər verir ki, gələn il ARDNF-in büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 26,1% az - 12 073,3 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 8,9% çox - 12 900,2 milyon manat olacağı gözlənilir.

2024-cü ildə ARDNF-in gəlirlərinin 8 146,2 milyon manatını və yaxud 67,5%-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Eyni zamanda, Fond akrhesabı ödənişlərdən 3,6 milyon manat, trazitdən 24,2 milyon manat, bonus ödənişlərindən 767,2 milyon manat, vəsaitinin idarə olunmasından isə 3 132 milyon manat gəlir əldə edəcək.

Gələn il ARDNF-in xərclərinin 12 781 milyon manatını və yaxud 99,1%-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bundan başqa, Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 33,5 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"na 47,5 milyon manat, özünün idarə edilməsinə isə 38,2 milyon manat xərcləyəcək.

Beləliklə, 2024-cü ildə ARDNF-in büdcəsində 826,9 milyon manat kəsir yaranacaq (2023-cü ilin proqnozu 4 487,5 milyon manat qalıqdır).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: