Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri sədrlərinin və Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavininin təyin edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilsin.
2. Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin.
3. Əfqan Niyətulla oğlu Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini təyin edilsin.
4. Aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin sədrləri təyin edilsinlər:
Əliyev Zamiq Xudaverdi oğlu - Babək Rayon Məhkəməsinin sədri
Məmmədov Mehrab Fərmayıl oğlu - Culfa Rayon Məhkəməsinin sədri
Əhmədov Zülfüqar Əziz oğlu - Kəngərli Rayon Məhkəməsinin sədri
Haqverdiyev Tural Ziyat oğlu - Ordubad Rayon Məhkəməsinin sədri
Zülfüqarov Hüseyn Nadir oğlu - Sədərək Rayon Məhkəməsinin sədri
Əliyev Mehdi Ədalət oğlu - Şərur Rayon Məhkəməsinin sədri
5. Aşağıdakı şəxslər Bakı şəhərinin rayon məhkəmələrinin sədrləri təyin edilsinlər:
Tağıyev Nazim Hüsü oğlu - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri
Əliyev Kəramət Fətəli oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri
6. Aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin sədrləri təyin edilsinlər:
Əliyev Rəfayil Əfraddin oğlu - Biləsuvar Rayon Məhkəməsinin sədri
Kazımov Marif Sabir oğlu - Gədəbəy Rayon Məhkəməsinin sədri
Əliyev Abbas Baba oğlu - Qəbələ Rayon Məhkəməsinin sədri
Süleymanov Kamran Şakir oğlu - Oğuz Rayon Məhkəməsinin sədri
Məmmədov Elbrus Hacıbala oğlu - Zaqatala Rayon Məhkəməsinin sədri
İmanova Gülsarə Kərimovna - Zəngilan Rayon Məhkəməsinin sədri
7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.