Xərçəng əleyhinə vaksin sınaqdan keçirilir

A- A A+

“Moderna” əczaçılıq şirkəti artıq xərçəng əleyhinə vaksinini xəstələr üzərində sınaqdan keçirir.

NUHÇIXAN Britaniyanın "The Independent" internet nəşrinə istinadla xəbər verir ki, COVID-19-a qarşı dərmanın istehsalı üçün uyğunlaşdırılmış mRNA texnologiyası orqanizmə xərçəng hüceyrələrini tanımaq və onlarla mübarizə aparmağa kömək edir.

Ekspertlər güman edirlər ki, bu vaksinlər onkoloji xəstəliklərin əlverişli müalicəsinə gətirib çıxara bilər. Bədənə daxil olaraq mRNA-nın genetik materialı immun sistemini xərçəng hüceyrələrinin sağlam hüceyrələrdən necə fərqləndiyini "öyrədir" və onları məhv etmək üçün səfərbər edir. “BioNTech”, “Merck” və “Moderna” kimi şirkətlərin mRNA əsaslı xərçəng əleyhinə vaksinləri bütün dünyada kiçik sınaqlardan keçib və çox ümidverici nəticələr verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: