Yumurta piylənmə və hipertoniyadan əziyyət çəkən insanlar üçün faydalıdır

A- A A+

Aparılan tədqiqatların nəticələri yumurtanın piylənmə və hipertoniyadan əziyyət çəkən insanlara müsbət təsir göstərdiyini aşkarlayıb.

NUHÇIXAN tibbi saytlara istinada bildirir ki, uzun müddətdir yumurta xolesterinin əsas mənbəyi olduğu üçün zərərli qida hesab olunurdu. Lakin son dövrlər aparılan araşdırmalar yumurtada xolesterindən əlavə, çoxlu faydalı mikroelementlərin olduğunu sübut edib. İtaliyalı alimlər yeni araşdırmada hipertoniya və qaraciyər yağlanması diaqnozu qoyulmuş 60 yaşdan yuxarı insanlara yumurtanın necə təsir etdiyini öyrənmək üçün müəyyən eksperimentlər həyata keçiriblər. Eksperimentdə 980 nəfər iştirak edib.

Nəticələr göstərib ki, həftədə üç yumurta istehlakı yüksəkkeyfiyyətli protein, minerallar və vitaminlərin olması səbəbindən hipertoniya və qaraciyər yağlanması riskini azaldır.

Alimlər yumurtanı tərəvəzlə bişirməyi tövsiyə ediblər. Bu halda yeməkdən maksimum fayda əldə edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: