Naxçıvanda "Təməl ilk yardım", "Ürək damar sistemi üzrə Təkmilləşdirilmiş Təcili Tibbi Yardım" təlimləri keçirilir
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi beynəlxalq təlim mərkəzi olan Medic School Centerın "Təməl ilk yardım", "Ürək-damar sistemi üzrə Təkmilləşdirilmiş Təcili Tibbi Yardım" təlimləri təşkil edib.
Beynəlxalq akkreditasiya olunan Mərkəzinin təlimləri 1-3 mart tarixlərində hər gün 5 saat olmaqla keçirilir. Təlimdə Təcili Tibbi Yardım Mərkəzinin 88 nəfər tibb işçisi - həkim, tibb bacısı, sürücü və sanitar işçiləri iştirak edirlər.
Təlimin sonunda iştirakçılara qiymətləndirməyə uyğun olaraq sertifikat veriləcək.