Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək.
NUHÇIXAN xəbər verir ki, türkiyəli professor İsmail Bayraklının layihəsi əsasında insan nəfəsindəki molekulları analiz edərək mədə xəstəliklərinə diaqnoz qoya bilən süni intellekt və lazer əsaslı sensor hazırlanıb.
“Nəfəs xəstəliklərinin diaqnozu sensor layihəsi”nin müəllifi professor İ.Bayraklı 10 il Almaniyada lazer sistemləri üzərində çalışdığını, magistr və doktorantura təhsilini burada aldığını deyib. 2009-cu ildə Türkiyəyə qayıtdıqdan sonra Aksaray Universitetində laboratoriya açdığını bildirən professor əlavə edib: “Dünyada elm və texnologiyadan asılı olaraq öz metodumuzu və sistemimizi inkişaf etdiririk. “Nəfəs” analizi əslində tanınmış bir üsuldur. Nəfəsalma ilə bağlı araşdırmalar illərdir ki, aparılır. Biz bu problemin həlli yollarına diqqət yetiririk və fərqli yanaşma ilə yeni nəsil lazerdən istifadə edirik. Xəstənin nəfəsindəki çoxsaylı molekulları, mədə xərçəngi, xoralar, qastrit və diabet kimi mədə xəstəliklərini aşkar etmək üçün inkişaf etdirdiyimiz süni intellekt və lazer əsaslı cihazdan istifadə olunmalıdır. Süni intellektlə ilkin araşdırmalara sahibik. Bu araşdırmalardan sonra sistemimizi daha da inkişaf etdirəcək və onu kompakt, daşına bilən hala gətirəcəyik. Sistemimiz polis nəzarət məntəqələrindəki spirtə nəzarət testi kimi olacaq. Sistem xəstənin vəziyyətini analiz edəcək”.
Layihənin müəyyən mərhələyə çatdığını və bundan sonra məhsul yönümlü işlər aparacaqlarını bildirən İ.Bayraklı davamlı ölçmə təmin edə biləcək bir sistem hazırladıqlarını vurğulayıb: “Əvvəlcə süni intellekt öyrədiləcək, sonra soruşulacaq. Süni intellektlə molekulların konsentrasiya dəyərləri və xəstəlikləri analiz ediləcək. Başlanğıcda sistem mədə xəstəliyi olan 1000 xəstə, həmçinin xəstə olmayan 1000 insan üzərində sınaqdan keçiriləcək. Çünki süni intellektin təlim mərhələsi var. Bu tədris mərhələsində 1000-dən çox fərqli məlumatdan istifadə olunacaq. Bu yolla sistemimiz həkimə ilkin diaqnoz verə biləcək. Məqsədimiz lazer metodunun daha ucuz olmasını təmin etmək, xəstəyə böyük rahatlıq təmin edən qangötürmə və endoskopiya əməliyyatları kimi ağrılı, əziyyətli və bahalı üsulları yerinə yetirməkdir.