Samiq Sadıxov nazirliyin kollektivinə təqdim edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, mayın 31-də Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə  səhiyyə naziri vəzifəsinə təyin olunmuş Samiq Sadıxovu nazirliyin kollektivinə təqdim edib.

Bəxtiyar Məmmədov yeni təyinat münasibətilə Samiq Sadıxovu təbrik edərək son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda o cümlədən Naxçıvan Muxtar Respublikasında  bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə səhiyyə sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb. 

Bəxtiyar Məmmədov son dövrlərdə muxtar respublikada səhiyyənin inkişafı istiqamətində aparılan məqsədyönlü tədbirləri də diqqətə çatdıraraq kollektivə uğurlar arzulayıb.

Samiq Sadıxov dövlətimiz tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. Nazir ölkə başçısının səhiyyə sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, səhiyyə sistemində keyfiyyətin artırılması istiqamətində  islahatların aparılması üçün bundan sonra da səylə çalışacağını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: