Referans Naxçıvan əhalisini belə sevindirdi - FOTOLAR

A- A A+

Ölkənin səhiyyə sahəsində özünəməxsus yeri olan Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi fəaliyyətini genişləndirməkdədir.

NUHÇIXAN xəbər verir ki, səhiyyəmizin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirən “Referans”ın növbəti filialı Naxçıvanda açılıb. Açılışda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov iştirak edərək mərkəzin fəaliyyəti ilə tanış olublar. Açılışdan öncə Referans Medical Group rəhbərliyi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Daha sonra Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olaraq Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında məlumatlarla tanış olublar.

Bu gün Naxçıvanda hansı sahəyə baxsaq, geniş yenidənqurma işlərinin aparıldığının şahidi olarıq. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının tarixinə və müasir inkişafı ilə bağlı məsələlərə böyük həssaslıq, əsl dövlətçilik münasibəti göstərir. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq son illər muxtar respublikada kompleks səhiyyə islahatları aparılır. Hazırda Naxçıvan səhiyyəsinin maddi-texniki bazasının və kadr potensialının təkmilləşdirilməsi ilə bağlı mühüm layihələr icra olunur, innovativ yeniliklərə əsaslanan rəqəmsal səhiyyə sistemi qurulur. Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi hər zaman əhalinin sağlamlığının yaxşılaşdırılmasına, səhiyyə sisteminin inkişafına və bu sahəyə olan etimadın daha da gücləndirilməsinə dəstək olub. Referansın bütün açılan filialları beynəlxalq standartlara cavab verən tibbi xidmətlər göstərməklə ölkənin və regionun ən yaxşı tibb mərkəzləri şəbəkəsinə çevrilməkdədir. Hazırda Referans Naxçıvan Tibb Mərkəzi də ənənəyə sadiq qalaraq, ən müasir avadanlıqlarla təchiz edilərək pasiyentlərin rahatlığı üçün beynəlxalq standarlara cavab verən tibbi protokollara uyğun qurulmuşdur. Referans Naxçıvan Tibb Mərkəzi 7000-dən çox laborator müayinələr, peşəkar həkim qəbulları, Bakıdan dəvətli həkimlər, instrumental-diaqnostik müayinələr (USM, MRT, EXO-KQ, EKQ) ilə Naxçıvan əhalisinin xidmətindədir. Həmçinin Referans Naxçıvan Tibb Mərkəzinin açılışına özəl olaraq iyulun 13-də Bakıdan dəvətli peşəkar həkim heyəti: ümumi cərrah-qastroentroloq, inferkisonist-hepatoloq, terapevt-daxili xəstəliklər uzmanı, cərrah mama-ginekoloq, kardioloq, uşaq ürək cərrahı, USM mütəxəssisi, pediatr-infeksionist, cərrah mammoloq-onkoloq tərəfindən ÖDƏNİŞSİZ həkim qəbulları həyata keçirilib. Ümumilikdə, 450-dən çox pasiyentlərə bu xidmətlər şamil olunub.

Qeyd edək ki, ölkənin və regionun ən yaxşı laboratoriya və poliklinika mərkəzlərindən biri olan Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinika 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.

Onu da əlavə edək ki, Naxçıvan Tibb Mərkəzi Referansın, ümumilikdə, 29-cu filialıdır. Onlardan 14-ü Bakı şəhərində, 13-ü bölgələrdə və 2-si isə ölkə xaricindədir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: