Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Şərurda vətəndaş qəbulu həyata keçirib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, əvvəlcə səhiyyə naziri Samiq Sadıxov və Şərur rayon icra başçısı Kamal Cəfərov Ulu Öndərin abidəsi önünə tər güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Samiq Sadıxov Şərur rayon İcra Hakimiyyətinin inzibati binasıda vətəndaşları qəbul edib.

Qəbulda nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak edib. Qəbul zamanı vətəndaşların müayinə və müalicə, dərman təminatı, əlilliyin təyini məsələləri və digər məsələlərlə bağlı müraciətləri dinlənilib və bir sıra məsələlər yerindəcə həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul zamanı 16 nəfərin müraciətinə baxılıb.

Sonda isə Şərur Regional Tibb Mərkəzi PHŞ-nin tabeliyində olan Şərur rayon mərkəzi xəstəxanasına baxış keçirilib. Baxış zamanı Şərur Regional Tibb Mərkəzi PHŞ-nin direktoru Bayram Mikayılov xəstəxananın fəaliyyəti ilə bağlı səhiyyə naziri Samiq Sadıxova məlumat verib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: