ÜST-ə mpoxla mübarizəyə altı ayda 135 milyon dollar lazımdır

A- A A+

Meymunçiçəyi (mpox) ilə mübarizə altı ay ərzində 135 milyon dollar maliyyə tələb edəcək.

NUHÇIXAN xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib.

Cenevrədə diplomatik brifinqdə çıxış edən o, mpox xəstəliyinin yayılmasına qarşı hərtərəfli və əlaqələndirilmiş beynəlxalq reaksiyaya ehtiyac olduğunu bildirib.

“Bu işi maliyyələşdirmək və epidemiyanı mümkün qədər tez dayandırmaq üçün ilkin hesablamalarımız belədir ki, strateji hazırlıq və cavab tədbirləri planı növbəti altı ay ərzində epidemiyanın kəskin mərhələsi üçün təxminən 135 milyon dollar tələb edəcək. Artan ehtiyaclar fonunda bu məbləğin yüksələcəyi ehtimal edilir”.

Onun sözlərinə görə, ÜST 2024-cü ildə mpox ilə mübarizə üçün fövqəladə ehtiyat fondundan təxminən 1,5 milyon dollar ayırıb və yaxın günlərdə donor maliyyəsi gələnə qədər bu məqsədlə daha çox vəsait ayırmağı planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: