Noyabrda Azərbaycanda keçiriləcək COP29 ərəfəsində təcili və təxirəsalınmaz tibbi yardıma yaranacaq zərurəti nəzərə alaraq, tibb və qeyri-tibb heyətinin bilik və bacarıqlarının, dil bilgilərinin artırılması məqsədilə müxtəlif təlimlər keçirilib.
NUHÇIXAN xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, təkcə sentyabr ayında 581 nəfər təlimlərə cəlb olunub:
"Bu təlimlərin sırasına təməl EKQ, təməl və təkmil həyat dəstəyi (BLS və ALS), kardiologiyada təxirəsalınmaz hallar, pre hospital travma dəstəyi, abdominal sindrom, pediatrik təcili hallar və ingilis dili kimi kurslar daxildir".