Naxçıvanda tibbi aksiya - onkoloji müayinə və əməliyyatlar keçiriləcək

A- A A+

Dekabr 5-6-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında onkoloji müayinə və əməliyyatlar keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, aksiya Naxçıvan Sağlamlıq Mərkəzində olacaq.

Məqsəd xərçəngin erkən mərhələlərdə aşkarlanması, müalicə imkanlarının artırılması və insanlara sağlam gələcək üçün yeni ümidlər bəxş etməkdir. Naxçıvanda onkoloji sahədə keyfiyyətli xidmətlərin təqdim edilməsində, bu sahədəki bilik və təcrübənin artırılmasında da bu tədbirin önəmli rolu olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: