Təcili Tibbi Yardım Xidmətinin qış mövsümündə fasiləsiz fəaliyyəti üçün lazımi tədbirlər görülür - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidmətində muxtar respublika ərazisində fəaliyyət göstərən bütün təcili tibbi yardım maşınlarına baxış keçirilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, burada maşınların texniki vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır və qış mövsümündə tibbi xidmətlərin fasiləsiz təmin olunması üçün bütün lazımi tədbirlər görülür.

Həmçinin bu il təcili tibbi yardım çağırışlarının sayında keçən illə müqayisədə əhəmiyyətli artım olub.Belə ki, ötən il daxil olan zənglərin sayı 28 min olduğu halda, bu il bu rəqəm 43 minə çatıb. Bu artım xəstəliklərin çoxalması ilə deyil, təcili tibbi yardım xidmətinin optimallaşdırılması və əhalinin ehtiyaclarına daha operativ cavab verilməsi ilə əlaqədardır. 

Qeyd edək ki, Təcili Tibbi Yardım Xidmətinin fəaliyyəti çərçivəsində geolokasiya sisteminin genişləndirilməsi nəzərdə tutulub. 8 lokasiyadan ibarət olan yardım məntəqələrinin sayının növbəti illərdə 30-a çatdırılması planlaşdırılıb. Bu genişləndirmə tibbi xidmətin daha əlçatan olmasını təmin etməklə yanaşı, çağırışlara daha sürətli cavab verilməsinə imkan yaradacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: