Azərbaycanda ölümündən sonra donor olmaq istəyənlər çox azdır

A- A A+

Son iki il ərzində ölümündən sonra donor olmaq istəyənlərin sayı təxminən 100-ə yaxındır.

NUHÇIXAN xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, aparılan təbliğat və təşviqatlara baxmayaraq, mövcud iki illik statistika çox aşağıdır.

Qeyd edək ki, Azərbaycanın səhiyyə tarixində orqan donorluğu və transplantasiyası sahəsində ilkə imza atılıb. Meyit donorun orqanları transplantasiya edilib. Bu, Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: