Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqədar fevralın 24-dən bu saatadək 90 nəfər müraciət edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 15 nəfəri əməliyyat üçün stasionara qəbul edilib:
"Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub".
Qeyd edək ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq fevralın 21-dən bu günədək Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxminən 300 nəfər müraciət edib. Onlardan 30-a yaxın şəxsə cərrahi müalicə tətbiq olunub.