Naxçıvan Muxtar Respublikasında bayram tətili günlərində 36 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edib.
Bu barədə NUHÇIXAN-a Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müraciət edənlərdən 29-u qidadan, 3-ü dərmandan, 4-ü isə dəm qazından zəhərlənib. Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, müalicə üçün evə buraxılıblar.