NDU tələbələri Rumıniyada açıq cərrahi əməliyyatlarda iştirak ediblər - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin 11 tələbəsi EMSA Buxarest Tvinninq Mübadilə proqramı vasitəsi ilə Rumıniyanın paytaxtı Buxarest şəhərinə təcrübəyə göndərilib, təlim və cərrahi əməliyyatlarda iştirak ediblər.
Bu barədə Naxçıvan Dövlət Universitetinin mətbuat xidmətindən NUHÇIXAN-a məlumat verilib.
Bildirilib ki, Naxçıvan Dövlət Universitetinin EMSA (Avropa Tibb Tələbələri Təşkilatı) üzvü olan Tibb fakültəsinin “Müalicə işi” ixtisası üzrə təhsil alan tələbələri beynəlxalq mübadilə proqramı çərçivəsində 22-29 mart tarixlərində “Carol Davila" Tibb və Əczaçılıq Universitetində olublar. Proqram çərçivəsində praktiki anatomiya dərslərinə qatılan tələbələr sözügedən universitetin Tədris Xəstəxanasında ortopedik əməliyyatlarda iştirak ediblər. Onlar laparoskopik simulyasiya vasitəsilə keçirilən təlimlərin də iştirakçısı olublar. Həmçinin onlar ümumi cərrahi əməliyyatlara qatılıb, Ruminya universitetinin professorlarının apardığı açıq əməliyyatları müşahidə ediblər.
Qeyd edək ki, EMSA Buxarest Tvinninq Mübadilə proqramı çərçivəsində 6-13 may 2025-ci il tarixlərində isə Buxarestdən 11 tələbənin NDU-ya gəlməsi gözlənilir.