Naxçıvan Muxtar Respublikası Xəstəxanasında “Tibbi xidmətin təşkili, görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda geniş tərkibli tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Rəşadət Nabatov Naxçıvan Muxtar Respublikası Xəstəxanasına direktor təyin olunub.
Qeyd edək ki, Rəşadət Nabatov bundan əvvəl Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru vəzifəsində çalışıb və səhiyyə sahəsində uzunillik idarəçilik təcrübəsinə malikdir.