Bayram günlərində təcili tibbi yardım xidmətinə 8 minədək müraciət daxil olub

A- A A+

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, bayram günlərində 103 Çağrı mərkəzinə Bakı şəhəri üzrə 7 872 çağırış daxil olub. Ən çox çağırış (2 035) iyunun 8-də qeydə alınıb. 797 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunub. Digərlərinə çağırış ünvanında ilkin tibbi yardım göstərilib.

Müraciət səbəbləri əsasən, arterial təzyiq, kardioloji problemlər, halsızlıq, müxtəlif növ travmalar və s. ilə bağlı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: