Bu ilin ilk beş ayı ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 526 nəfər qəbul edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.
Həkimlərin səylərinə baxmayaraq onlardan 21 nəfərin həyatını xilas etmək mümkün olmayıb.