Naxçıvanda məhkumların tibbi müayinəsi aparılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlar tibbi müayinədən keçirilib.
Müayinələr zamanı məhkumların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə nevroloji, kardioloji, stomatoloji, terapevtik, laborator və digər sahələr üzrə xidmətlər göstərilib, hər bir məhkumun tibbi göstəriciləri ətraflı şəkildə yoxlanılıb.
Aparılan müayinələr məhkumların sağlamlıq durumuna operativ nəzarətin təmin olunması və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi məqsədi daşıyır.