Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası gücləndirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tibb müəssisəsinə bir sıra yeni və müasir avadanlıqlar təhvil verilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu addım “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib. Təhvil verilən avadanlıqlar arasında yüksək dəqiqlikli görüntüləmə imkanı yaradan tam rəqəmsal ultrasəs müayinəsi (USM) cihazı, ürək fəaliyyətini dəqiq izləməyə imkan verən elektrokardioqraf (EKQ), həyati vacib funksiyaların dəstəklənməsində mühüm rol oynayan süni tənəffüs aparatı (İVL), təcili vəziyyətlərdə istifadə edilən defibrilyator və çoxfunksiyalı defibrilyator, həmçinin xəstənin vəziyyətini davamlı izləməyə imkan verən 10 ədəd xəstəbaşı monitoru, İBP funksiyalı monitor və İBP+CO₂ funksiyalı monitorlar yer alır.

Avadanlıqların texniki göstəriciləri müasir tibb standartlarına uyğun olmaqla, diaqnostika və intensiv terapiya xidmətlərinin keyfiyyətinin artırılmasına xidmət edir. Bu münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək xəstəxanaya verilən avadanlıqların bölgə əhalisinə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacağını bildiriblər. Həmçinin nazir Samiq Sadıxov çıxışında Dövlət Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə geniş məlumat verib, səhiyyə sisteminin modernləşdirilməsi, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və tibb müəssisələrinin maddi-texniki imkanlarının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Tədbirin sonunda rayon sakinləri yaradılan şərait və göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: