Azərbaycanda ötən ay 88 nəfər zəhərlənib, altısı ölüb

A- A A+

Azərbaycanda fevral ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 88 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Bu barədə NUHÇIXAN-a KTM-dən məlumat verilib.

Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 82 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərdən 33 nəfər dərman preparatlarından, dörd nəfər siçan dərmanından (rodentisid), 23 nəfər sirkə turşusundan, bir nəfər həlledici məhlullardan, üç nəfər yandırıcı məhlullardan, dörd nəfər allergik reaksiyalardan, üç nəfər spirtli içkidən, 15 nəfər dəm qazından, bir nəfər anafilaktik şokdan, bir nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, altı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri dərman, spirtli içki və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: