Naxçıvanda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Babək Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıq təqdim olunub.
Xəstəxanaya verilən süni intellekt dəstəkli müasir ultrasəs sistemi (EXO) diaqnostik imkanların genişləndirilməsinə, müayinə prosesinin daha dəqiq və operativ aparılmasına şərait yaradacaq. Yeni cihazın tətbiqi, eyni zamanda, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və xəstələrin daha effektiv müayinəsinə imkan verəcək.
Qeyd edək ki, müasir tibbi avadanlıqların səhiyyə müəssisələrinə verilməsi əhalinin sağlamlığının qorunması, erkən diaqnostikanın təşviqi və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
