Naxçıvanda I Kardiologiya Forumu keçirilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Naxçıvan Sağlamlıq Günləri” çərçivəsində I Naxçıvan Kardiologiya Forumu keçirilir.

Forumda ölkənin tanınmış kardioloqları, tibb mütəxəssisləri və səhiyyə nümayəndələri iştirak edirlər. Tədbir kardiologiya sahəsində mövcud yeniliklərin müzakirəsi və təcrübə mübadiləsi baxımından mühüm platforma kimi qiymətləndirilir.

Forum çərçivəsində ürək-damar xəstəliklərinin müasir diaqnostikası və müalicə üsulları, innovativ yanaşmalar, eləcə də səhiyyə sahəsində aktual məsələlər ətrafında geniş müzakirələr aparılır.

Qeyd edək ki, tədbirin əsas məqsədi kardiologiya sahəsində biliklərin artırılması, müasir tibbi yanaşmaların tətbiqinin təşviqi və regionda səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: