Bu ilin may ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ümumilikdə 56 aptekdə yoxlama aparıb.
Mərkəzdən NUHÇIXAN-a verilən məlumata görə, yoxlamalardan 1-i paytaxt Bakıda, 55-i isə respublikanın digər şəhər və rayonlarındakı apteklərdə həyata keçirilib. 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə müvafiq müvafiq inzibati protokollar tərtib olunub.
