Parkinson xəstəliyinin qeyri-adi erkən əlaməti müəyyən edilib

A- A A+

Alimlər qoxuların subyektiv qiymətləndirilməsi əsasında Parkinson xəstəliyini qoxu itkisinin digər səbəblərindən 88–94 faiz dəqiqliklə fərqləndirən test hazırlayıblar. Məlum olub ki, xəstəlik sadəcə qoxu duyğusunu zəiflətmir, həm də qoxuların özünün qəbul edilmə tərzini dəyişir. NUHÇIXAN xəbər verir ki, tədqiqatın nəticələri “npj Parkinson's Disease” jurnalında dərc olunub.

Tədqiqatda 94 nəfər iştirak edib: Parkinson xəstəliyi olan 33 pasiyent, 33 sağlam könüllü və bu xəstəliklə əlaqəsi olmayan qoxu itkisi yaşayan 28 nəfər. İştirakçılar qoxuların intensivliyini və xoşagəlimlik dərəcəsini 1-dən 100-dək olan şkala üzrə qiymətləndirib, sensorlar isə onların nəfəsalma xüsusiyyətlərini qeydə alıb.

Kombinə edilmiş bu model Parkinson xəstəliyi olan pasiyentləri sağlam insanlardan 89 faiz, digər səbəbdən qoxu itkisi yaşayan insanlardan isə 88 faiz dəqiqliklə fərqləndirib. Diqqətlə seçilmiş qruplarda isə bu göstərici 94 faizə çatıb.

Sağlam insanlar xoş qoxuları xoşagəlməz qoxularla müqayisədə daha uzun müddət iyləyiblər, Parkinson xəstəliyi olan pasiyentlər isə həm xoş, həm də xoşagəlməz qoxuları təxminən eyni müddət ərzində iyləyiblər. Bununla yanaşı, onlar xoş qoxuların intensivliyini sağlam insanlar kimi qiymətləndirsələr də, qoxuların xoşagəlimlik dərəcəsini nəzərəçarpacaq dərəcədə aşağı qiymətləndiriblər. Bu isə hisslərin ümumi şəkildə zəifləməsindən deyil, qoxuların beyində fərqli şəkildə emal olunmasından xəbər verir.

“Biz qoxu duyğusunun özünün itirilməsini deyil, beynin qoxuları qiymətləndirmə tərzində dəyişiklik görürük”, – deyə Veytsman İnstitutundan tədqiqatın aparıcı müəllifi Mixal Andelman-Qur bildirib.

Tədqiqatçıların fikrincə, sadə və ucuz qoxu testi xəstəliyin erkən mərhələdə aşkarlanmasına kömək edə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: