Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb - FOTOLAR

A- A A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov işğaldan azad olunmuş Xocavənd rayonuna səfəri çərçivəsində yeni istifadəyə verilmiş rayon mərkəzi xəstəxanasına və onun tabeliyində fəaliyyət göstərən Qırmızıbazar Həkim Məntəqəsinə baxış keçirib.

TƏBİB-dən NUHÇIXAN -a verilən məlumata görə, Böyük Qayıdış çərçivəsində rayona köçən sakinlərə tibbi xidmət göstərilməsi üçün xəstəxanada Poliklinika şöbəsi fəaliyyət göstərir. Burada terapevt, pediatr, oftalmoloq və ginekoloq qəbulu, ultrasəs müayinəsi və laborator xidmətlər təşkil olunub. Xəstəxanada Cərrahiyyə bölməsi, triaj sahəsi və pasiyentlərin vəziyyətinə uyğun tibbi yardım göstərilməsi üçün ayrıca otaqlar da yaradılıb. Müəssisədə rentgen aparatı quraşdırılıb.

Səfər zamanı Anar Bayramov xəstəxananın bölmələri, tibbi avadanlıq və kadr təminatı ilə tanış olub, xidmətin təşkili barədə məlumat alıb. O, həmçinin Qırmızıbazar Həkim Məntəqəsində yaradılmış şəraitə baxıb.

Xəstəxananın və həkim məntəqəsinin fəaliyyəti Xocavəndə qayıdan sakinlərin yaşadıqları ərazidə tibbi yardıma çıxışının təmin olunmasına xidmət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: