Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı azalaraq 55 nəfərə düşüb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.
Qeyd edək ki, iyulun 18-də süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 63 nəfər idi.
Məlumata görə, xəstəxanaların reanimasiya şöbələrində 340 xəstə müalicə edilir.
Qeyd edək ki, ötən gün bu rəqəm 333 nəfər təşkil edirdi.