Ordubad və Şahbuzda “COVID-19”-a qarşı vaksinasiya aparılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubad və Şahbuz rayonlarında tibb işçilərinin “COVID-19”-a qarşı vaksinasiyası keçirilib.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın təşkilatçılığı ilə bir neçə tibb müəssisəsində COVID-19 pandemiyasına qarşı vaksinasiya aparılır. Peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçilərinə vurulur. Ötən gündən başlayaraq Ordubad və Şahbuz rayon mərkəzi xəstəxanalarının tibb işçiləri vaksinasiyaya cəlb edilib.
Qeyd edək ki, peyvəndləmədə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini tətbiq olunur. Ümumilikdə, tibb işçisində aparılan vaksinasiya zamanı heç bir narahatlıq müşahidə olunmayıb.
Vaksinasiya prosesi iki mərhələdə muxtar respublikanın bütün rayon, şəhər tibb müəssisələrində aparılacaq.
Novruz Məmmədov