Sağlam olmayan pəhrizlər

A- A A+

“Uzun müddət ac qalmaq təhlükəli pəhrizlərdən biridir. Çünki adi pəhrizə keçdikdən sonra insanların 80 faizi əvvəlkindən daha çox yemək yeməyə başlayır”.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu diyetoloq İrina Pisareva “RT”yə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, yalnız bir məhsuldan istifadəni əhatə edən mono-diyetlər də təhlükəlidir:

“Bu vəziyyətdə orqanizm lazımi vitamin, mineralları almır, nəticədə immun sistemi zəifləyir və insanın ümumi vəziyyəti pisləşir. Yalnız tərəvəz və meyvələrdən hazırlanmış şirələr içməklə saxlanılan detoks pəhrizlər də az təhlükəli deyil. Qarışdırılan hər şey bağırsağa daxil olur və onu həzm etmək üçün enerji sərf edilmir. Nəticədə bağırsaq atrofiyası yaranır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: