Alimlər koronavirusun ən təhlükəli ştamını aşkarlayıblar

A- A A+

NUHÇIXAN İnformasiya Agentlıiyi “RİA Novosti”yə istinadən xəbər verir ki, alimlər koronavirusun yeni ştamının aşkar olunması haqqında bildiriblər.

Mütəxəssislər mutasiyanın COVID-19-un digər növləri ilə müqayisədə daha yoluxucu ola bilməsindən narahatlıqlarını ifadə ediblər.

Onlar həmçinin vurğulayıblar ki, ştamın yarandığı ölkəni hələ dəqiq müəyyənləşdirməyiblər, ancaq güman edirlər ki, o, Banqladeşdən gələ bilər.

Bundan əvvəl ABŞ-da koronavirusun hibrid ştamı aşkarlanıb.

Pandemiyanın başlanğıcından dünyada koronavirusa 110,9 milyondan çox yoluxma qeydə alınıb, 85,8 milyondan çox pasiyent sağalıb, virusa yoluxmuş 2,4 milyondan çox insan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: