Ekspertlər hələ ki, COVID-19 pandemiyasının nə vaxt başa çatacağını proqnozlaşdıra bilmirlər. Amma artıq ehtimal etmək olar ki, yeni koronavirus infeksiyası 2022-ci ilin əvvəlində bütün cəmiyyətin həyatına mənfi təsir edə bilməyəcək.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge Kopenhagendə keçirilmiş facebookla translasiya edilən brifinqdə bildirib.
“Heç kim pandemiyanın gedişatını proqnozlaşdıra bilməz. İş prosesi baxımından mən artıq ehtimal edə bilərəm ki, 2022-ci ilin əvvəlində biz pandemiyanın dağıdıcı müdaxiləsinin qarşısını ala biləcəyik, amma virus tam itməyəcək. Hər şey bizim fərdi və kollektiv davranışımızdan asılı olacaq. Artıq ən pisinin arxada qaldığını deyəndə mən 2020-ci ili nəzərdə tuturam: çünki o vaxt siyasi qaranlıq, elmi qeyri-müəyyənlik var idi. Buna görə də mən demirdim ki, hər şey bir-iki aya ötüb keçəcək. Çünki bunu heç kim əvvəlcədən söyləyə bilməz”, – deyə o qeyd edib.
Hazırda ÜST-nin Avropa regionunda 38 milyon COVID-19-a yoluxma halı, eləcə də 850 min nəfər yeni koronavirus qurbanı qeydə alınıb. SARS-CoV-2 virusu Avropada yüksək templərlə yayılmağa davam edir, bununla bərabər digər ştammları sıxışdırmaqda davam edən mutasiya olunmuş iki variant daha böyük narahatlıq doğurur.