Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksinlərin sayı 1 milyonu ötüb

A- A A+

Azərbaycan Respublikasında daha 43 min 499 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 min 992, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 15 min 507 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 25 min 790-na bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 639 min 463, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 386 min 327 nəfərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: