NMİ-də “Autizmli uşaqların cəmiyyətə qazandırılması” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOLAR
Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üçün bir sıra Dövlət Proqramları qəbul edilibdir ki, onların icrası bütün cəmiyyət üzvləri ilə yanaşı biz təhsil işçiləri qarşısında da mühüm vəzifələr müəyyənləşdirir.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu barədə rektor Azad Novruzov Autizmli uşaqların cəmiyyətə qazandırılması ilə bağlı təşkil olunmuş konfransda danışıb. Rektor bildirib ki, 2016-2020 və 2021-2025-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqram”ları muxtar respublikada bu sahədəki işlərin məqsədyönlü həyata keçirilməsini təmin edib. Məhdud fiziki imkanlı uşaqların sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, onların təlimində mütərəqqi üsulların tətbiqi bu istiqamətdə kadr hazırlığının gücləndirilməsini, pedaqoji kadrların bu sahəyə aid bilik və bacarıqlarının təkmilləşdirilməsini tələb edir.
Rektor qeyd edib ki, sağlamlıq imkanları məhdudlar içərisində Autizmi sindromu olanlar çoxluq təşkil edir. Aprel ayı dünyada Autizm Maarifləndirmə ayı kimi geniş qeyd edilir. Bu sindrom haqqında istər pedaqoji heyət, istərsə də valideynlər arasında daima maarifləndirici iş aparmaq lazımdır.
Sonra konfransın proqramına uyğun olaraq digər çıxış edənlər dinlənilib.
Sonda autizm sindromunun terapiyası yolları və metodlarını özündə əks etdirən praktik video nümunələrə baxış olub.