Muxtar respublikada koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi iyun ayının 1-dək uzadıldı

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib.

Belə ki, Nazirlər Kabinetinin 2015-ci il 2 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda edilmiş dəyişikliyə görə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması üçün zəruri olan sənədlər müəyyən olunub.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel tarixli 96 nömrəli Qərarı ilə koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən müddətli əlavənin ödənilməsi iyun ayının 1-dək müəyyən edilib.
Bundan əlavə, Nazirlər Kabinetinin 2021-ci il 1 aprel tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında sığorta ödənişinin verilməsi Qaydası”nda və “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə borcalanın aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda, 5 aprel tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nda və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı bəzi qərarlarda dəyişikliklər edilib.
Bundan başqa, Nazirlər Kabinetinin 2021-ci il 2 aprel tarixli Qərarı ilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”, 5 aprel tarixli Qərarı ilə “Məhkum edilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin Siyahısı”, “Məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları” təsdiq edilib.
Həmin tarixdə “Fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi Qaydaları” təsdiq edilmişdir. Qaydalara əsasən texniki-təmir obyektləri hərəkətə maneə olmadan avtomagistralların və yolların kənarında yerləşdirilməklə, istirahət zonalarından, təhsil və səhiyyə müəssisələrindən mövcud normalara uyğun məsafədə olmalıdır. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız qapalı, qeyri-yaşayış sahələrində göstərilə bilər. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir obyektlərinin işçiləri texnoloji prosesin tələblərinə müvafiq ixtisaslaşmaya malik olmalı, onların ixtisası təlim və ya təhsil haqqında sertifikatla təsdiqlənməlidir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: