Sədərək rayonunda məktəblilərin tibbi müayinələrinə start verildi - FOTOLAR
Muxtar respublikada uşaqların sağlamlığının qorunması və onlara göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması, habelə uşaqlar arasında rast gəlinən xəstəliklərin vaxtında aşkar edilməsi üçün aprelin 10-dan profilaktik kütləvi dövri tibbi müayinələr aparılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümumi tibbi müayinələrə Sədərək rayonundan 1965 şagirdin cəlb olunması nəzərdə tutulub.
Rayonun Dəmirçi kənd tam orta məktəbinin 525 şagirdi Rayon Mərkəzi Xəstəxanasının pediatr, stomatoloq, LOR, kardioloq ixtisaslı həkimlərdən ibarət briqada tərəfindən tibbi müayinələrə cəlb edilib. Sərhəd bölgəsində yaz mövsümünün profilaktik tibbi müayinələri mayın 25-dək davam etdiriləcək.
Həmçinin uşaqlar arasında şəxsi gigiyena qaydalarına əməl edilməsinə, COVİD-19 virusundan qorunmasına dair maarifləndirici söhbətlər də aparılıb. Tibbi müayinələr dərin müayinə və müalicəyə ehtiyacı olan uşaqlar ixtisas həkimlərinə yönləndirilib.
Qeyd edək ki, uşaqlar arasında profilaktik kütləvi dövri tibbi müayinələr Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq aparılır.
Məhəmməd Fərəcov