Culfada təhsil işçilərinin vaksinasiyası aparılıb - FOTOLAR

A- A A+

Culfada yaşı 40 və daha yuxarı olan təhsil işçiləri COVID-19 pandemiyasına qarşı “Sinovac” vaksininə cəlb ediliblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, vaksinasiyaya ötən gün Culfa Rayon Mərkəzi Xəstəxanasında start verilib. Vaksinasiya üçün xüsusi peyvənd otaqları yaradılaraq zəruri avadanlıqlarla təchiz edilib. Gün ərzində xüsusi işçi qrupu tərəfindən 320 təhsil işçisi “Sinovac” vaksininə cəlb edilib. Həmçinin rayon ümumtəhsil məktəblərinin 365 nəfərlik texniki heyəti də vaksinasiyaya cəlb edilib.

2-ci doza vaksinasiya ilk peyvəndin vurulmasından 28 gün sonra həyata keçiriləcəkdir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na uyğun olaraq muxtar respublikanın bütün rayonlarında yaşı 40 və daha yuxarı olan təhsil işçiləri vaksinasiyaya cəlb edilirlər.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: