Heyvanlar üçün ilk vaksin istehsal olundu

A- A A+

Rusiyada heyvanlar üçün koronavirus əleyhinə peyvəndin ilk partiyası istehsal olunub.

NUHÇIXAN İnformasiya Agentliyi Medicina.az-a istinadən xəbər verir ki, Heyvanların Sağlamlığının Mühafizəsi Federal Mərkəzi heyvanların COVID-19 virusundan profilaktika olunması üçün 17 min dozadan ibarət “Karnivak-Kov” peyvəndinin ilk partiyasını buraxıb.

“Rosselxoznadzor” rəhbərinin müşaviri Yuliya Melanonun sözlərinə görə, heyvanlar üçün koronavirus əleyhinə vaksinin ilk partiyası artıq bron olunub. Vaksin ən qısa müddətdə Rusiyanın şəhər və regionlarına göndəriləcək”.

Qeyd edək ki, “Karnivak-Kov” dünyada heyvanlar üçün koronavirus əleyhinə qeydiyyatdan keçən ilk vaksindir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: