Mədəaltı vəzi qorumağın yolları

A- A A+

Pankreatitin kəskin formasından əziyyət çəkməmək üçün mütəxəssislər bəzi qidalardan imtina etməyi məsləhət görürlər.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “Moskvanın səsi” radiostansiyasına istinadən xəbər verir.

“Botkin” xəstəxanasının şöbə müdiri Andrey Kolotilşikov bildirib ki, insan nə çox yeməməli, nə də özünü ac saxlamamalıdır.

Mədəaltı vəzə ən böyük zərəri qazlı içkilər, alkoqol və yağlı qidalar vurur. Həm də bu orqanın sağlamlığına yeyilən qidaların və qəbul edilən içkilərin miqdarı da təsir göstərir.

Həkim deyib ki, yağı az olan qidalara üstünlük vermək daha yaxşıdır. Onun sözlərinə görə, toyuq, hinduşka və ya balıq mədəaltı vəzin işini yaxşılaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: