Naxçıvanda şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə yüksək səviyyədə səhiyyə xidməti göstərilir - FOTOLAR
Muxtar respublikanın səhiyyə müəssisələri şəhid ailələrinə və qazilərə yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsini davam etdirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu humanitar tədbirdə “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi fəal rol oynayır. Belə ki, şəhid ailələrindən 35 nəfər müalicə üçün xəstəxanaya müraciət edib. Onlardan 32 nəfər ambulator, 3 nəfər isə stasionar müalicə alıb.
Ötən müddətdə 21 nəfər Vətən müharibəsi qazisi də tibbi müayinələrlə əhatə olunub. Onlardan 19 nəfər ambulator, 3 nəfər isə stasionar müalicə alıb. Müayinə və müalicələrdə müxtəlifixtisaslı həkimlər və orta ixtisaslı tibb işçilərinin iştirakı təmin olunub.
Qeyd edək ki, şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstərilən səhiyyə xidmətinin, həmçinin ehtiyac olan dərmanların ödənişsiz təmin edilməsi və digər xidmətlərin yüksək səviyyədə təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb.