Mayın 24-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 115 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 22, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 93 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 987 min 084-ə çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 134 min 398, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 852 min 686 nəfərdir.