"Azərbaycanda bu günə kimi 2 milyona yaxın vaksin dozası vurulub. Onlardan 850 mindən çox ikinci dozanı vurduran vətəndaşlar var. Bu da sevindiricidir".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində çıxışı zamanı deyib.
TƏBİB rəsmisi qeyd edib ki, ölkədə yetəri qədər vaksin var: “Vaksinasiya ilə bağlı problem yoxdur. Biontec vaksinini gözləyirik və yaxın günlərdə ölkəyə gətirilməsi planlaşdırılır.
Bir milyona yaxın vətəndaş vaksinasiya ilə immunitet qazanıb.