ÜST ölkələri ilin sonunadək əhalisinin 30%-ni vaksinləməyə çağırıb

A- A A+

Dövlətlər ilin sonunadək əhalinin azı 30%-ni peyvənd etməlidirlər.

NUHÇIXAN İnformasiya Agentliyi “RİA Novosti”yə istinadən məlumat verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “İnfeksiyalarla mübarizə: gələcəyin riskləri” mövzusunda təşkil edilmiş ekspert sessiyasında məlumat verib.

“Peyvəndləmənin olmaması bütün ölkələr üçün təhlükədir. Bütün ölkələri vaksinləmə üzrə qlobal səyləri dəstəkləməyə və sentyabr ayınadək hər ölkəni əhalisinin 10%-ni, ilin sonunadək isə 30%-ni peyvəndləməyə çağırıram. İlk növbədə, həkimlər və risk qrupu nümayəndələrinə vaksin vurulmalıdır”, - o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: