İyunun 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 47 min 366 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41631, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5735 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 513 min 85-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 581 min 890, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 931 min 195 nəfərdir.