Dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı 2 milyard 120 milyonu ötüb.
NUHÇIXAN İnformasiya Agentliyi vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin 763 milyon 70 min doza ilə dünyada liderlik edir. İkinci və üçüncü yerlərdə qərarlaşan ABŞ-da 300 milyon 270 min, Hindistanda 231 milyon 322 min doza peyvənd vurulub. İlk onluğa, həmçinin Braziliya (71 milyon 430 min), Böyük Britaniya (67 milyon 280 min), Almaniya (54 milyon 240 min), Fransa (39 milyon 570 min), İtaliya (37 milyon 670 min), Meksika (34 milyon 460 min) və Rusiya (30 milyon 610 min) daxildir.
Əhalinin hər 100 nəfərinə düşən vaksin dozalarının miqdarına görə isə dünya üzrə ilk beşlikdə Seyşel Adaları (136,74), Birləşmiş Ərəb Əmirlikləri (134,41), San-Marino (126,51), Malta (123,80) və İsrail (122,39) yer alırlar.